Terapiya
Terapiya (therapeia) – yunan sözü olub, qulluq etmə, müalicə etmə anlamını verir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir. Terapiya qeyri-cərrahi təbabətin geniş sahəsini əhatə edir: ürək-damar xəstəlikləri (revmatizm, ÜİX, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s), tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s), mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit və s.), revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)
Göstərdiyimiz xidmətlər
- Ağ ciyərin xroniki xəstəliklərinin müalicəsi
- Böyüklərdə və uşaqlarda yuxarı və aşağı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsi
- Check-up müayinələr
- Mədə-bağırsaq sisteminin ümumi müayinəsi
- Qastroenterologiya