Ginekologiya

Ginekologiya

Ginekologiya - klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir. Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. 

Göstərdiyimiz xidmətlər
  • Cinsi yolla keçən xəstəliklərin müalicəsi
  • Diaqnostik və müaliucəvi manipulyasiyalar
  • Kiçik invaziv əməliyyatlar
  • Kontrasepsiya
  • Menstrual siklin pozulması
  • Qadın kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin müalicəsi
  • Qadın sonsuzluğu
  • Reproduktiv orqanların funksiyasının hormonal pozğunluğu
  • Uşaqlıq boynunun patalogiyaları