Estetik cərrahiyyə

Estetik cerrahiyye

Plastik cərrahiyyə   cərrahiyyənin bir sahəsi olub insan bədənin səthində,orqan və toxumalarında olan deformasiya və defektlərin   aradan qaldırılması ilə məşğul olur.Plastik cərrahi müdaxilələr rekonstruktiv və estetik olmaqla iki istiqamətdə icra olunur.

Rekonstruktiv müdaxilələr dedikdə baş və bədəndə anadangəlmə və travmalar zamanı yaranmış qüsurların bərpası və funksiyaların yaxşılaşdırılması nəzərdə   tutulur.

Estetik cərrahi əməliyyatlar  bədəndəki anadangəlmə və yaşla,  digər səbəblərlə bağlı dəyişikliklərin düzəldilməsi, formaların yaxşılaşdırılması məqsədilə aparılır.Estetik cərrahiyyə  estetik təbabətin bir hissəsi kimi  insanlarda özunəinamın  artmasina, sosial adaptasiyanın, həyat tərzinin yaxşılaşmasına xidmət göstərir.

Göstərdiyimiz xidmətlər
  • Burun, dodaq və qulaqlarda deformasiyaların düzəldilməsi
  • Çapıqların azaldılması
  • Dəri və dərialti törəmələrin aradan qaldırılması
  • Göz qapaqlarında deformasiyaların düzəldilməsi
  • Göz qapaqlarında sallaqlıq və torbalanmanın aradan qaldırılması
  • Liposaksiya, lipofillinq, bədən konturlarının şəkilləndirilməsi.
  • Qarıngərmə əməliyyatı
  • Süd vəzilərində əməliyyatlar (böyütmə, kiçiltmə, qaldırma)
  • Üzdə kontur plastikası - dolgu,botoks,mezosaplar