Сərrahiyyə
Cərrahiyyə (cərrahlıq) - xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elminin xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Bəzi dilçilər "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur. Cərrahiyyənin 11 əsas istiqaməti var: ümumi cərrahiyyə, damar cərrahiyyəsi, ürək cərrahiyyəsi, köks cərrahiyyəsi, qarın cərrahiyyəsi, urologiya, ginekologiya, travmatologiya və ortopediya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, plastik və estetik cərrahiyyə.
Göstərdiyimiz xidmətlər
- Aşağı ətraf venalarının lazerlə ablyasiyası
- Dəri və dərialtı toxuma törəmələrinin cərrahi müalicəsi
- Exinokokkun cərrahi müalicəsi.
- Flebektomiya
- Kolon və yoğun bağırsaq xəstəliklərinin cərrahi müalicəsi
- Qaraciyər və öd yollarının cərrahi müalicəsi
- Qarın divarı yırtıqlarının cərrah müalicəsi
- Qida borusu (mədə, onikibarmaq bağırsaq ) xəstəliklərinin cərrahi müalicəsi
- Skleroterapiya
- Tiroid və paratiroid xəstəliklərinin cərrahi müalicə
- Varikoz genişlənmənin profilaktikası, müayinəsi və müalicəsi