Radiologiya
Radioloji müayinə üsullarına Rentgen, Kompüter Tomoqrafiyası, Ultrasəs Müayinəsi aiddir. Müayinələr şüalandırma vasitəsi ilə aparıldığından bu müayinə üsullarına Şüa Diaqnostikası deyilir. Şüa Diaqnostikasının köməyi ilə həkim daxili orqan və strukturların təsvirini əldə edir və onlardakı dəyişiklikləri aşkar edə bilir. Bu gün bir cox xəstəliklərin aşkar olunmasında bu müayinə üsullarından istifadə etmək zəruridir, hətta keçilməzdir.
Klinikamızın Radioloji bölümü yüksək diaqnostik keyfiyyətə malik olan VOLUSON E8 EXPERT Ultrasəs Müayinə cihazı, Siemens Somatom Emotion 16 Kompüter Tomoqrafiyası qurğusu və SHİMADZU FLEXA VİSİON Rentgenoqrafiya cihazı ilə təchiz olunmuşdur.
Göstərdiyimiz xidmətlər
- Bütün orqanların Kompüter Tomoqrafiyası
- Bütün orqanların Rentgenoqrafiası
- Bütün orqanların Ultrasəs Müayinəsi
- Dental KT