Ortopediya-travmatologiya

Ortopediya-travmatologiya

Travmatologiya və ortopediya - kliniki təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə birinci növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə qalça çıxıqları, skaliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları aiddir

Göstərdiyimiz xidmətlər
  • Bitişməmiş və ya düzgün bitişməmiş sınıqlar zamanı əməliyyatlar
  • Böyük oynaqların deformasiyalı artrozu zamanı müayinə və müalicə
  • Diz oynaqlarının artroskopiyası
  • Göstəriş olduğu zaman oynaq daxilinə gialuron turşüsünün yeridilməsi
  • Oynaqlara endoprotezlərin yerləşdirilməsi
  • Plastik gips sargıların qoyulması
  • Sınıqlar zamanı ilizarov apparatının qoyulması və çıxarılması
  • Travma zamanı ilkin yardım