Nevrologiya
Nevrologiya - mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur. Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otorinolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.
Göstərdiyimiz xidmətlər
- Asteno-nevrotik vəziyyətlər
- Autizm
- Baş gicəllənmələri
- Beyin qan dövranı pozğunluqları
- Gecə sidiyinin saxlaya bilməməsi problemi
- Hərəkətin pozulması kəkələmələr
- Lümboişalgiya
- Miqren
- Nevrozlar
- Onurğa sütununun diskogen zədələnmələri
- Onurğanın osteoxondrozu
- Serebrovoskulyar xəstəliklər
- Üçlü sinirin nevralgiyası
- Yaddaş pozulması
- Yuxu pozulması