Dermatologiya, kosmetologiya
Dermatovenerologiya bölməsi - dəri xəstəlikləri (uşaq və böyüklər), saç xəstəlikləri, dırnaq xəstəlikləri, zöhrəvi xəstəliklər (cinsi yolla keçən xəstəliklər), allergik mənşəli dəri xəstəlikləri, kosmetik dermatologiya ilə məşğul olur. Dəri xəstəliklərinin müasir metodlarla diaqnostikası aparılır və dünyada ən son müalicə protokolları icra olunur. Çətin müalicə olunan xəstəliklərdə davamlı, uzun müddətli remissiyalar (xəstəliksiz periodlar) alınır. Nevusların (xalların) diaqnostikası dermatoskopiya ilə yerinə yetirilir, 6 ay-1 illik müşahidələrə alınır və onkoloji şübhəli olanlar vaxtında aşkarlanır.
Göstərdiyimiz xidmətlər
- Çapıqların lazer müalicəsi
- Döymələrin ləğv edilməsi
- Dəridə olan hər növ törəmələrin lazerlə ləğv edilməsi
- Kapillyar və hemangiomaların lazerlə ləğv edilməsi
- Saç əkilməsi
- Skleroterapiya
- Tibbi kosmetoloji prosedurlar
- Venadaxili lazer terapiyası
- Yeni törəmələrin biopsiyası