Mahirə Qədirova
Ümumi məlumat
Mahirə Valis qızı Qədirova – həkim infeksionist, qaraciyər xəstəliklərin diaqostika və müalicə sahəsində mütəxəssis. İxisası üzrə iş təcrübəsi on ildən çoxdur. Qaraciyər Xəstəliklərinin Öyrənilməsi Üzrə Avropa Assosiasiyanın (EASL) aktiv üzvüdir. Çoxsaylı xarici konqresslərin və konfransların iştirakçısıdır. Virus hepatitlərin (A,B, Delta, C), qaraciyərin autoimmun xəstəliklərin (autoimmun hepatit, birincili biliar sirroz və s), qaraciyərin irsi xəstəlikləri (Vilson, hemoxromatoz), qaraciyərin alkohol və qeyrialkohol piy xəstəliklərinin və s. müalicəsində böyük təcrübəsi var.
Virus hepatitlərin diaqnostikasında əsas rol oynayan Polimeraz Zəncirvari Reaksiyanin (PCR) metodokası üzrə mükəmməl biliyi var. Qaraciyər problemi olan hamilə qadınlarının konsultativ yardımı və lazım olduğu halda müalicəsini aparır. Müntəzəm olaraq imkansızailələr üçün pulsuz konsultasiyalar verir. Hepatit A və B-yə qarşı profilaktik peyvəndləri təyin edir, bu da öz növbəsində, həmin viruslara yoluxma imkanlarını aradan qaldırır. Daimi öz peşəkarlığını artırır və hepatologiyanın son müalicə və diaqnostika yeniliklərini öz praktikasında tədbiq edir.
Göstərilən xidmətlər
- Mədə-bağırsaq sisteminin ümumi müayinəsi
- Ağ ciyərin xroniki xəstəliklərinin müalicəsi