Tükbaş qurdu

Tukbas qurdu

Tükbaş qurdları, yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Uzunluqları 3,0 - 5,5 sm çatır. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir.
- Miqdarı az olanda xəstə uzun müddət heç bir ciddi narahatlıq hiss etməyə də bilər.
- Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır. Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (sutkada hər biri 3500 dək).
Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s.

Bu qurda yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər:

- Ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi,
- öyümə, qusma, selik axma,
- diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit),
- tez-tez soyuqlama, xroniki tonzillit,
- qan azlığı,
- qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə,
- halsızlıq, qəbzlik ya ishal,

-uşaqlar fiziki inkişafdan geri qala bilər,
- iştah pozulması, arıqlama,
- gözlərin zəyifləməsi,
- dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq,
!Tükbaş qurdları apendisitin əsas səbəbidirlər.

!Bu qurdlar hətda bağırsağı tam deşıb, çox təhlükəli peritonit də törədə bilirlər.

Spero Hospital
Sağlamlığınız bizim üçün dəyərlidir!

 (+994 55) 550 70 38
☎ (+994 12) 430 42 77
Nəsimi r., 20 Yanvar küç. 1B