Qızılca
Xəstəliyin çarəsi nədir?
Qızılca - kəskin virus xəstəliyi olub, olduqca yoluxucu xəstəlikdir. İnfeksiya hava-damcı yolu ilə xəstə asqırdıqda, öskürdükdə, danışdıqda ətrafa yayılır.
Xəstəliyin inkubasiya dövrü 4-17 gündür. ❗️ Xəstələr inkubasiya dövrünün axırında və xəstəliyin əvvəlində daha yoluxucu olurlar. 3-5 gün ərzində
✅ bədən hərarəti 38-39° -yə qədər artır,
✅ ümumi hal pozulur,
✅ süstlük,
✅ iştahanın pozulması,
✅ zökəm,
✅ quru öskürək,
✅ gözlərin qızarması, yaşarması, işıqdanqorxma əlamətlər müşahidə edilir. 2-3-cü gün yanaqlarda, diş ətinin selikli qişasında səpələnmiş mannı yarmasına oxşayan ləkələr əmələ gəlir. Sonra 4-6-gün dəridə xırda və iri ləkəli çəhrayı səpgilər əmələ gəlir, üç gündən sonra onlar sönür, itir, dəri qabıq verir. Xəstənin halı yaxşılaşır. ?Lakin qızılca orqanizmin immunbioloji xassələrini zəiflədir, ağırlaşmalar; ağ ciyərlərin iltihabı, laringit, stomatit, kolit, bəzən vərəm xəstəlikləri baş verir.
Müalicə Əksər hallarda stasionar şəraitində aparılır. Xəstəlik ağır olduqda tibb müəssisəsinə qospitalizasiyası mütləqdir. Yataq rejimi, gözlərə işıq düşməməlidir, otağı yaş dəsmalla təmizləyir, tez-tez havasını dəyişirlər. Xəstənin vaxtlı-vaxtında üzünü yumaq, ağzını, gözlərini, burnunu silmək vacib şərtlərdir. ❗️Xəstə çoxlu maye: meyvə şirəsi, limonlu çay, kefir içməlidir.
Qızılcanın profilaktikasında kütləvi fəal immunizasiya (peyvəndlər) mühüm yer tutur.