Maqnit qasırğası
Maqnit qasırğası səhhətimizə necə təsir göstərə bilər?
Nevroloq Rəna Abbasova @dr.nevroloq.rena_abbasova_ mövzu haqqında məlumat verib. Nevroloq qeyd edir ki, maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir”.
Onun sözlərinə görə, bu təbiət hadisəsi ilə bağlı xroniki ürək qan-damar xəstəlikləri olan insanlar xüsusi risk qrupuna aid edilir:
“Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, yuxusuzluq, ümumi zəiflik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır. Bu mənada xroniki ürək qan-damar xəstəlikləri olan insanlar xüsusi risk qrupuna aiddir.
Maqnit qasırğası zamanı həmin şəxslərdə arterial qan təzyiqinin normadan yüksək, yaxud aşağı olması onların sağlamlığı üçün risk faktoru hesab oluna bilər. Bu, eyni zamanda, beyin qan dövranının pozulmasına da gətirib çıxarır. Əgər belə hallar baş verərsə, mütləq həkimə müraciət etmək lazımdır. Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir.
Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur”.
Spero Hospital
Sağlamlığınız bizim üçün dəyərlidir!
(+994 51) 420 36 10
(+994 12) 430 43 03
Nəsimi r., 20 Yanvar küç. 1B