Elxan Mursudli

Elxan Mürşüdli

Uroloq-androloq
Telefon
(+99450) 204 03 36
Email
e.murshudli@gmail.com

Ümumi məlumat

Uroloq-androloq. Tibb elmləri namizədi.

Avropa Urologiya Cəmiyyətinin həqiqi üzvü.Beynəlxalq Sidik Saxlama Cəmiyyətinin, Beynəlxalq Endourologiya Cəmiyyətinin üzvü.

Cərrahi əməliyyatların müasir üsulla aparılması texnikasına sahibdir. Böyrək daşları (perkutan nefrolitotomiya), sidik axarı daşı (ureterolitotripsiya), sidik kisəsi daşı (sistolitotripsiya), prostat adenoması (TUR – transuretral rezeksiya) və s.xəstəliklərin cərrahi müalicəsində istifadə olunan müasir endoskopik əməliyyatları (bədənin təbii dəlikləri vasitəsi ilə) icra edir.

Eyni ilə andrologiya sahəsinin aktual problemləri ilə maraqlanır və aktiv məşğul olur. Qasıq və qasıqaltı giriş ilə mikrocərrahi varikoselektomiya aparılması texnikasına sahibdir. Hiper-, hipo- və normoqonadotrop vəziyyətlərdə spermatogenezin stimulyasiyası, sidik-cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəliklərin müalicəsi ilə məşğul olur.

Neyrourologiya və endourologiya üzrə aktual problemləri ilə maraqlanır. Xəstələrin müalicəsində Avropa və Amerika Urologiya Cəmiyyətlərin Tövsiyələrini və Standartlarını rəhbər tutur.

Təhsil haqqında:

1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1998-ci ildə fərqlənmə ilə bitirmişdir.

Universiteti bitirdikdən sonra Rusiya Federsiyası Prezidenti yanında Tibb Mərkəzinin Tədris-Elm Mərkəzində Urologiya ixtisası üzrə 1998-2000-ci illərdə kliniki ordinaturada, 2000-2004-cü illərdə əyani aspirnturada təhsilini davam etdirmişdir.

2004-cü ildə Rusiyanın ən mötəbər urologiya mərkəzi Urologiya Elmi-Tədqiqat İnstitutu nəzdində olan Dissertasiya Şurasında “Sidik kisəsi səthi xərçənginin kompleks və kombinə müalicəsində holmium lazer və BCG-terapiya” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında təkrari attestasiyadan keçmişdir.

2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışmışdır.

2006-cı ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsinin urologiya kafedrasında, 2009-cu ildə Ankara şəhərində Başkent Universitetində təkmilləşmə kursu keçmişdir.

2011-ci ildən “Dobromed Bakı”- Spero Hospitalda həkim-uroloq vəzifəsində çalışır.

Göstərilən xidmətlər

  • Böyrək, sidik axarı, sidik kisəsi daşlarının müalicəsi
  • Prostat hiperplaziyasının konservativ və cərrahi müalicəsi
  • Kişi sonsuzluğu, varikosele
  • Erektil disfunksiya (cinsi zəiflik, impotensiya)
  • Prostatit, sistit
  • Urogenital infeksiyalar
  • Sidik saxlanmazlığının müayinəsi və müalicəsi
  • Sünnət