Hamiləlikdə USM Zərərlidirmi?

Hamilelikde USM Zererlidirmi?

Ultrasəs hazırda hamiləlik müayinələrinin ən mühüm hesab olunanıdır. Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultrasəs nəzarəti aparılır.
Hamiləliyin fərqli aylarında ultrasəslə fərqli dəyərləndirmələr aparılır. Məsələn, hamiləliyin ilk aylarında yalnız körpənin kilosu ölçülməz ürək ritmi və uşaqlığın böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında kilosu, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmə aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır.
Ultrasəs qiymətləndirməsi ilə təxminən 30-35 faiz uşaqda anomaliya olsa belə bilinməyə bilir. Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.
Ultrasəsinin körpəyə heç bir zərəri yoxdur. Radiasiya baxımından təhlükəsizdir. Tez-tez, yaxud fasilələrlə edilsə belə uşağa hər hansı bir zərər verməz.

Spero Hospital
Sağlamlığınız bizim üçün dəyərlidir!

 (+994 55) 550 70 38
☎ (+994 12) 430 42 77
 Nəsimi r., 20 Yanvar küç. 1B