QARACİYƏR YAĞLANMASI
Qaraciyər yağlanması (yağlı qaraciyər xəstəliyi) – müasir həyat tərzi və qidalanma vərdişlərinin nəticəsi olaraq dünya üzrə sürətlə yayılan, lakin bir çox hallarda fərqinə varılmayan xroniki xəstəliklərdən biridir.
Qaraciyər hüceyrələrində normaldan artıq yağ yığılması ilə xarakterizə olunan bu vəziyyət, ilkin mərhələdə ciddi əlamətlər verməsə də, zamanla qaraciyər funksiyalarını pozaraq hepatit, sirroz və hətta qaraciyər xərçəngi kimi ağır nəticələrə səbəb ola bilər.❗️
Yağlanma iki əsas formaya bölünür:
✅Alkoqol ilə əlaqəli yağlı qaraciyər xəstəliyi
✅Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD)
Əsas səbəblər:
✅Düzgün olmayan və yüksək kalorili qidalanma
✅Qanda yüksək xolesterin və trigliserid səviyyələri
✅Tip 2 şəkərli diabet və insulin müqaviməti
✅Arıqlamaq məqsədilə ani və kəskin pəhrizlər
✅Hərəkətsiz həyat tərzi
✅Bəzi dərman preparatlarının uzun müddətli qəbulu
❗️Əlamətləri Nələrdir?
Əksər hallarda xəstəlik simptomsuz keçir. Lakin bəzi insanlarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
✅Sağ qabırğaaltı nahiyədə ağırlıq və narahatlıq
✅Xroniki yorğunluq
✅Şişkinlik hissi
✅Qanda qaraciyər fermentlərinin artması (ALT, AST)
Spero Hospital
Sağlamlığınız bizim üçün dəyərlidir!